Menu

“Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır” - ABŞ-ın keçmiş səfiri

16.06.2017, 13:34
“Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır” - ABŞ-ın keçmiş səfiri

“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: “Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol