Menu

Ermənilərdən Xocalı aeroportu ilə bağlı növbəti təxribat

16.06.2017, 15:38
Ermənilərdən Xocalı aeroportu ilə bağlı növbəti təxribat

Ermənilər Xocalı aeroportu ilə bağlı çirkin piar kampaniyasını davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə işğal altındakı torpaqlarda yerləşən separatçı rejim aeroport ərazisində hava festival keçirəcək.

Bu gün axşam başlayacaq festivalda musiqi konserti olacaq. Bundan başqa, havaya hava şarı, 2 yerlik motorlu təyyarə və paratrayk qalxacaq.

Görünən odur ki, Xocalı aeroportu istifadəyə verə bilməyən düşmən tərəfi yeni hoqqalar çıxarmaqla diqqətdə qalmaq istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol