Menu

İrəvan-Moskva mikroavtobusu qəzaya uğrayıb - Ölən və yaralananlar var

18.06.2017, 16:22
İrəvan-Moskva mikroavtobusu qəzaya uğrayıb - Ölən və yaralananlar var

Rusiyanın Tula vilayətinin Venevsk rayonunda İrəvandan Moskvaya gedən mikroavtobus qəzaya uğrayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M-4 Don federal şosesində 17 sərnişinin olduğu mikroavtobus eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə Ermənistan vətəndaşı olan 6 sərnişin xəsarət alıb, onlardan biri ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol