Menu

Yevlaxda qumbara partlayıb -  Bir nəfər ölüb

21.06.2017, 19:02
Yevlaxda qumbara partlayıb -  Bir nəfər ölüb

Əlində qumbara partlayan Yevlax sakini ölüb. Yevlax rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol