Menu

Yəməndə vəba epidemiyası! - 1,5 min can alıb…

02.07.2017, 11:25

yemen«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yəməndə vəba epidemiyası səbəbilə 1,5 min insan həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Nevio Zaqariaya istinadla, xəbəri «Röyter» agentliyi yayıb.

Bundan əvvəl, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UF) bəyan edib ki, ölkədə vəba xəstəliyinə tutulanların sayı avqustun axırına qədər 300 min nəfərə çata bilər.

Zaqarianın sözlərinə görə, hal-hazırda ölkədə 246 min vəba xəstəliyinə yoluxma halı qeydə alınıb. Bu zaman, ölümlərin səviyyəsi 1,7 faizdən (2017-ci il may ayının məlumatı) 0,6 faizə enib ki, bu da ÜST nümayəndəsinin fikrincə, «yaxşı nəticə» hesab oluna bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol