Menu

Bakıda 7 nəfəri gün vurub

03.07.2017, 11:07

Hava guneshli 280711-3Bu il yay mövsümü başlayandan, yəni iyunun 21-dən bu günə qədər Bakıda 7 nəfəri gün vurub.

Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.

R.Nağıyev vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edib: “Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol