Menu

Bakıda şadlıq sarayında kütləvi dava - Yaralı və saxlanılanlar var (VİDEO)

06.07.2017, 10:36
Bakıda şadlıq sarayında kütləvi dava - Yaralı və saxlanılanlar var (VİDEO)

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

Hadisə 9-cu mikrorayonda yerləşən "Tərlan" şadlıq sarayında qeydə alınıb.

Hadisə şahidi Xəqani Süleymanov "Report"a bildirib ki, 8 nəfər arasında mübahisə zəminində düşən dava nəticəsində bir nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsindən "Report"a verilən məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol