Menu

İki polis bölməsinin rəisi vəzifələrindən azad olunub

06.07.2017, 11:25
İki polis bölməsinin rəisi vəzifələrindən azad olunub

Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub.

“Report”un məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Həsən Abdullayev və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Hüseyn İmanov tutduqları vəzifələrindən azad ediliblər.

Bununla bağlı müvafiq əmrlər imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol