İŞİD Bağdad-Kərkük yolunu bağlayıb
İŞİD Bağdad-Kərkük yolunu bağlaya bilib. Bu yolun üstündəki strateji yaşayış məntəqələrindən olan, türkmənlərin yaşadığı Bəşir kəndi bu səhər İŞİD-in əlinə keçib. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin verdiyi xəbər görə, dünən axşamdan başlayan döyüşlərdən sonra kəndi qoruyan təhlükəsizlik qüvvələri Bəşiri atıb qaçıblar.
Hazırda döyüşlər başqa bir türkmən kəndi olan Tazehurmatu ətrafında gedir. Tazehurmatunun ələ keçməsindən sonra Kərkükün yolu İŞİD üçün tam açılacaq. Bəşir kəndinin təxminən 2 minədək sakini də kəndi qoyaraq qaçıb. Qaça bilməyənlər isə təkcə qocalar və xəstələrdir: “Kərkükdəki qaynaqlardan aldığımız xəbərə görə, şəhərdə həyəcan yaşanır. Əhali panika içindədir. Telafer və Mosulda baş verənlər onları qorxudub. Şəhəri müdafiə etmək üçün isə birləşmiş komandanlıq yoxdur”.


Şərhlər