Menu

Zəhranın qatilləri cəzasız qalmamalıdır - Mübariz Mənsimov

07.07.2017, 13:22
Zəhranın qatilləri cəzasız qalmamalıdır - Mübariz Mənsimov

Balaca Zəhra və anasının qatilləri cəzasız qalmamalıdır.

Trend-in məlumatına görə, bunu azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bildirib.

O qeyd edib ki, 2 yaşlı Zəhra və anası Ermənistan ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib:

"Bu terror və faşizmdir. Dinc əhalinin hədəfə alınması əsla və əsla qəbuledilməzdir. Bunu bütün dünya görməli və bu hadisəyə susmamalıdır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol