Menu

"Bu hadisələrdən sonra Avropa təhlükəsiz məkan sayıla bilməz" - Anders Foq Ramussen

19.06.2014, 23:57
"Bu hadisələrdən sonra Avropa təhlükəsiz məkan sayıla bilməz" - Anders Foq Ramussen

Bu gün Londonda NATO Baş katibi Anders Foq Ramussen Alyansın sentyabrda Uelsdə keçiriləcək növbəti sammitinə hazırlıqla bağlı “Chatam Haus” diplomatik klubunun üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, tədbirdə qurumla bağlı bir sıra, o cümlədən qurumun postsovet ölkələri ilə əlaqələri barədə məsələlərə toxunulub. Rasmussen rus ordusunun bəzi üzvlərinin Ukrayna ərazisinə keçdiyini və yaxın vaxtlarda işğala hazırlaşdığı barədə məlumatlara malik olduqlarını dilə gətirib. Əlavə edib ki, Kremlin məqsədi hələ uzun illər Ukrayna ərazisində stabilliyin bərpa olunmamasıdır. Belə olan təqdirdə Qərbin sanksiya mexanizmləri işə düşəcək.

Rasmussen deyib ki, bu hadisələrdən sonra Avropa təhlükəsiz məkan sayıla bilməz və NATO-ya üzv ölkələr artıq müdafiə potensialı üzərində baş sındırmağa, əlavə vəsaitlər ayırmağa başlayıb. Rusiya ordusunun döyüş qabiliyyətinə toxunan Baş katib etiraf edib ki, NATO ilə müqayisədə onlar həm çevik, həm də hiyləgər hərəkət edirlər. Qurum rəhbəri nümunə kimi 2008-ci il məlum avqust hadisələri (Gürcüstan) və Krımın ilhaqını göstərib.

Baş katib buraxdıqları səhvləri gələcəkdə düzəldəcəklərinə söz verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol