İraqda cümə günü və şənbə gününə keçən gecə ərzində Neynəva, Səlahəddin, Diyala və Kərkük əyalətlərində qarşıdurmalar davam edib.
İraqda cümə günü və şənbə gününə keçən gecə ərzində Neynəva, Səlahəddin, Diyala və Kərkük əyalətlərində qarşıdurmalar davam edib. İnterAz-ın SkyNews-a istinadla verdiyi xəbərə görə, təkfirçi “DAİŞ” silahlıları Samirə şəhərinin cənub qərbindəki əl-Mötəsim qəsəbəsini nəzarətə götürüb.
Əsasən, türkmən şiələrinin yaşadığı Tələfirdə isə qarşıdurmalar hələ də davam edir. Burada ordu radikal təkfirçi silahlılara ağır zərbələr endirsə də şəhər tam ordunun nəzarətinə keçməyib.
Ölkənin şimalında Beyci neft emalı zavoduna gəldikdə isə, burada da döyüşlər davam edir. İraq ordusu tezliklə bu mühüm obyekti ələ keçirəcəyini bəyan etmişdi.
Sumariya telekanalının məlumatına görə, Tikritdə və Səlahəddində “DAİŞ” terror qruplaşmasının tanınmış liderlərini öldürülüblər.


Şərhlər