Menu

“Heç kim bizim ölkəyə tank yeridə bilməz” - Lukaşenko

20.06.2014, 09:47
“Heç kim bizim ölkəyə tank yeridə bilməz” - Lukaşenko

"Vladimir Putinin bizim ölkəyə tank yeridəcəyi ilə bağlı iddialar sadəcə gülməlidir”. Modern.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, heç bir vaxt hansısa ölkə onun rəhbərlik etdiyi ölkəyə tankla girə bilməz. A. Lukaşenko qeyd edib ki, Belarusu heç bir ölkə yürütdüyü siyasətdən döndərə bilməz.

Belarus lideri onu da etiraf edib ki, rəhbərlik etdiyi dövləti yalnız iqtisadi böhran çökdürə bilər. “Heç kim bizim ölkədə çevriliş edə bilməz, lakin Belarusun sabitliyini yalnız iqtisadi böhran poza bilər. Bunun baş verməməsi üçün keyfiyyətli və normal qiymətdə məhsul istehsal etmək lazımdır”,-deyə A. Lukaşenko bildirib.

Qeyd edək ki, Belarusun Avrasiya İttifaqına qoşulmasını bəzi şərhçilər onun müstəqilliyinə təhdid kimi qiymətləndirsələr də, A. Lukaşenko Kremllə münasibətləri yalnız ikitərəfli münasibətlərə söykənən əlaqələr kimi qiymətləndirir. O, hətta Krım məsələsində də Rusiyanı ittiham edən bəyanatlar səsləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol