«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna pravoslav kilsəsi Kiyev patriarxdığının başçısı, Kiyev və bütün Rus-Ukraynanın patriarxı Filaret qeyd edib ki, Rusiya «nəinki özgə ərazilərini», həm də özgənin tarixini və mədəniyyətini ələ keçirməyə cəhd göstərir. Patriarx bu barədə knyaz Böyük Vladimirin abidəsi qarşısında keçirdiyi dua mərasimindən sonra söhbət açıb («UNİAN»).
«Həqiqət bizim tərəfimizdədir. Bu barədə təkcə bütün Ukrayna yox, büğün dünya bilir ki, həqiqət bizimlədir. Çünki biz nüvə silahımızı verdik, çünki sülhsevər gücük və biz, Rusiyaya hücum etməmişik, Rusiya müvəqqəti olaraq Krımı bizdən alıb. İnd idə Donbası almaq istəyir» - deyə, Filaret bəyan edib.
O, ritorik sual səsləndirib: «Məgər xristian dini ondan ibarətdir ki, özgəninkini ələ keçirəsən? Təkcə ərazini yox, hətta özgənin tarixini və mədəniyyətini?..».
Patriarx xüsusilə qeyd edib ki, Rusiya hazırda «təbliğat» aparır ki, knyaz Vladimir «demək olar, 12-ci əsrdə meydana gəlmiş Moskvanı xaç suyuna salıb».
«Onlar knyaza orada abidə qoyublar. Amma Rusda Vladimirin şərəfinə məbəd yoxdur. Abidəni isə ona görə qoyublar ki, qeyd etsindər: Vladimir bizimdir» - deyə, Filaret bildirib.
Bundan başqa partriarx xatırladıb ki, Rusiya həm də Fransa kraliçası Anna Yaroslavnanı «özününküləşdirməyə» cəhd göstərir: «Görürsünüzmü, həqiqət necə təhrif olunur? Hər şey baş-ayaq edilir və yalan həqiqət adı ilə təqdim olunur» - Filaret əlavə edib.


Şərhlər