Menu

Lənkəranda icra nümayəndəsi bıçaqlanıb

30.07.2017, 19:08

bicaqLənkəranda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.

İlkin məlumata görə, onu vuran şəxs Sumqayıt şəhər sakinidir. O, Günəhir kəndindən qız alaraq evlənib. Hadisənin təfərrüatları açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.

Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı 102 xidmətinə məlumat verilib. Fakt üzrə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol