Menu

Bakıda "Mercedes" hərəkətsiz vəziyyətdə olan "Azsamand"a çırpılıb

02.08.2017, 00:34
Bakıda "Mercedes" hərəkətsiz vəziyyətdə olan "Azsamand"a çırpılıb

Bakı-Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, sürücü Adnan Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun ortasında hərəkətsiz vəziyyətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Sərxan Hüseynova məxsus "Azsamand" markalı avtomobilə çırpılıb.

A. Orucovun sözlərinə görə, "Azsamand" markalı avtomobil yüksək sürətli magistral avtomobil yolunun tən ortasında dayanıbmış. Buna görə qəza qaçılmaz olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol