«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail hakimiyyəti terrorçular üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsini müzakirə etmək fikrindədir. Sənəd yaxın vaxtlarda knessetdə müzakirə olunacaq.
Terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan Qanın layihəsi knessetin «Likud» partiyasından olan deputatı Hava Prexi-Boker tərəfindən hazırlanıb. Verilən məlumata görə, İsrailin Baş naziri Binyamin Netenyahu artıq bu sənədi dəstəkləyib.
Qanun layihəsindən görünür ki, terror kimi təsnif olunan cinayətlərə görə, cinayətkarı ölüm cəzası gözləyir. Hazırda isə terrora görə, maksimal cəza ömürlük azadlıqdan məhrumetmədir.
Burada xeyli maraqlı bir nüans diqqəti çəkir. Eyni mülahizələrə əsaslanan Türkiyə hakimiyyəti eyni cəzanın bərpa olunmasını gündəmə gətirəndə, Avropa İttifaqı, xüsusilə də Almaniya «Vay, demokratiya, vay azadlıq!» - bağırıb, özünü cırır, amma İsrailin timsalında göründüyü kimi, Avropanın «hömoseksualist sürüsü» balıq kimi susur…


Şərhlər