«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Kioto şəhərində, Hioqo dağındakı müqəddəs yerdə XXX dünya dinlərarası duaetmə (ibadət) görüşü keçirilir. Tədbir Xirosima və Naqasaki şəhərlərinin atom bambardmanıa məruz qoyulmasının ildönümünə həsr olunub.
Ənənəvi olaraq, görüşdə müxtəlif dini ənənələrin nümayəndələri, o cümlədən, yapon buddist məktəbinin ali keşişi Tenday Koeyu Morikave və Roma Papası Fransisk iştirak edirlər.
Katolik kilsəsinin başçısı müxtəlif dünyagörüşlərinə tapınan nümayəndələrə müraciət edərək, onlara mənəvi yaxınlığı xatırladıb. Papa onları dua etməyə və sülh naminə əməkdaşlığa və beləliklə, dünyanın müharibələr, terrorçuluq səbəbilə didilik-dağıdılan bir çox yerlərində harmoniya qurmağa çağırıb.
Onun sözlərinə görə, dini sammit dialoq və dostluq mühitinin yaradılması işinə əhəmiyyətli tövhə verir. Bu da dünya dinlərinə qulluq edənlərə bizim insan ailəsində birgə yeni dünya düzəri qurmağa imkan yaradır.
«Zorakılığa, terrorçuluğa və artan təhdidlərə bürünmüş müasir dünyada ibadətin və ümumi narahatlığın olması xoşməramlı insanlar üçün böyük əhəmiyyət daşıyan ismarışın daşıyıcısı rolunu oynayır» - deyə, Papa qeyd edib.

Şərhlər