Menu

Beynəlxalq Banka girov qoyulmuş müəssisəs satıldı

21.08.2017, 10:52
Beynəlxalq Banka girov qoyulmuş müəssisəs satıldı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Banka borc müqabilində girov qoyulmuş müəssisələrdən birini satıb.

Bu barədə BOKT-dan bildirilib.

Məlumata görə, söhbət Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsindən ("Fireland Vineyards" əmlak kompleksi) gedir. Bununla belə, “Aqrarkredit” müəssisənin kimə və neçəyə satıldığını açıqlamayıb.

BOKT digər girov obyektlərin satışını da davam etdirir. Bunlar Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Fındıq Emalı” zavodu, Binəqədi şosesindəki “BOT” ayaqqabı fabriki, Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndindəki tikinti materialları istehsal edən müəssisələr, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsidir. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol