Menu

Çeçenistanda deputat öldürülüb

25.08.2017, 19:37
Çeçenistanda deputat öldürülüb

Çeçenistan parlamentinin deputatı Muxmad Asxabov bu gün səhər saatlarında öldürülüb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, ilkin məlumat bundan ibarətdir ki, 61 yaşlı deputat bu gün səhər saatlarında öz avtomobili ilə evdən çıxıb. Yolda onun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə avtomobil qəza törədib və deputat ölüb.

Polis hadisə yerinə baxış keçirib və təhqiqata başlayıb. Məhkəmə-tibbi ekspertiza təyin edilib.

Muxmad Asxabov Rusiya Kommunist Partiyasının üzvüdür. O, 2016-cı ilə deputat seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol