Menu

Kim Çen Inı keçmiş DTK-çılar qoruyur – Yaponiya KİV-i

26.08.2017, 17:35
Kim Çen Inı keçmiş DTK-çılar qoruyur – Yaponiya KİV-i

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Pespublikası (KXDR) ölkə lideri Kim Çen Inı qorumaq üçün keçmiş SSRİ Dövlət Təlükəsizliyi Komitəsi əməkdaşlarını «hərbi müşavir» adı altında muzdla tutub. Onlar Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreyanın KXDR liderini öldürmək cəhdlərindən qorumalıdır.

Bu barədə «Asahi Shimbun» nəşri yazıb.

Mənbənin sözlərinə görə, sovet dövlət təhlükəsizliyi komitəsinin terrorçuluqla mübarizə bölməsində qulluq keçmiş 10-a qədər isitefada olan agenti bu ilin fevralında Pxenyana dəvət olunub.

Onlardan Kim Çen Inın mühafizəçilərini öyrətmək, o cümlədən, terror aktlarının aradan qaldırılmasına və hücum olacağı (həm də ABŞ-n pilotsuz uçaqlarından istifadə edilməklə hücum) təqdirdə necə davranmaq lazım gəldiyini öyrətmək xahiş olunub.

Mayın əvvəlində KXDR ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) Kim Çen Inı öldürmək sui-qəsdi hazırlamaqda ittiham edib.

«Röyter» agentliyi «MAQATE»-yə istinadla xəbər verir ki, Pxenyan yeni tikilən nüvə reaktoru üçün lazımi elementlərin istehsalı işlərini aktivləşdirib.

Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda Şimali Koreya artıq mövcud olan reaktordan istifadə edir. Bu reaktor atom bombalarını yanacaqla təmin edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol