Menu

"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçilib

05.09.2017, 11:59
"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçilib

"Qəbələ" klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. "Report"un məlumatına görə, bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərindəki Baş Assambleyasında qəbul olunub.

İclasda klubu baş menecer Zaur Əzizov təmsil edir. Qərara əsasən, "qırmızı-qaralar" ECA-da hələlik assosiativ üzv statusuna malik olacaqlar.

Bu klub Azərbaycan Premyer Liqasını tərk etmiş AZAL-ı əvəzləyib. Beləliklə, ölkənin ECA-dakı təmsilçiləri siyahısında dəyişiklik baş verib.

Qeyd edək ki, Azərbaycanın digər klubları - "Qarabağ" və "Neftçi" qurumda tamhüquqlu üzv statusuna malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol