Menu

Başı, əlləri, ayaqları kəsilmiş meyit tapılıb - Bakıda dəhşətli hadisə

05.09.2017, 20:00
Başı, əlləri, ayaqları kəsilmiş meyit tapılıb - Bakıda dəhşətli hadisə

Bu gün Bakının Hövsan qəsəbəsində Aerasiya Stansiyasının mexaniki təmizləmə sahəsində tullantıların arasından Azərsu ASC-nin əməkdaşları tərəfindən 35-40 yaşlı kişiyə məxsus meyit aşkarlanıb.

“AzPolitika”nın Lent.az-a istinadla verdiyi məlumata görə, meyitin başının, əllərinin və ayaqlarının kəsici alətlə kəsildiyi məlum olub. Əraziyə baxış keçirilərkən oradan kəsilmiş bədən üzvlərindən başqa hissəni tapmaq mümkün olmayıb.

Bildirilir ki, meyit bu gün saat 07 radələrində tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qətlə yetirilən şəxsin kimliyi, hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, ilkin müayinə zamanı qətl hadisəsinin təxminən 2-3 gün əvvəl törədildiyi müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol