Menu

«Diabet - genlərin mutasiyasının nəticəsidir» - Alimlər

06.09.2017, 00:19

diabet-2«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikalı alimlər apardıqları tədqiqatların gedişində müəyyən ediblər ki, 10-dan artıq genin dəyişməsi və mutasiyası ikinci tip diabetin və ürəyin koronar xəstəliklərinin inkişafına gətirib çıxara bilər. Bu barədə «Nature Genetics» jurnalı xəbər verib.

Pensilvaniya universitetindən olan tədqiqatçıların fikrincə, genlərin analizi insanların diabetdən və ürək xəstəliklərinin əksəriyyətindən xilas olması üçün dərman vasitələrinin yaradılmasına kömək edəcək.

DNT fokus-qruplarının analizi göstərib ki, genlərdə 16 sahə var və onların azacıq dəyişməsi insanlarda ikinci tip diabet əmələ gətirə və ağır ürək-damar xəstəliklərinin inkişafına şərait yarada bilər.

Tədqiqatçıların sözlərinə görə, genlərdən birinin xüsusiyyətləri hələ də axıra qədər öyrənilməyib. «APOE» geninin dəyişməsi ikinci tip diabetin inkişafına müsbət təsir göstərib, ancaq eyni zamanda, ürəyin koronar xəstəliklərinin inkişafına mane olub.

Alimlərin fikrincə, genlərin dəyişmədən əvvəlki və sonrakı strukturunun öyrənilməsindən sonra, onların bəzi sahələrinə dəqiq təsir göstərən - diabetin inşafına mane olan dərmanların yaradılmasına başlana bilər.

DNT-lərin öyrənilməsi əsasında yaradılacaq ikinci qrup dərmanlar ürək-damar xəstəlikləri (koronar və işemik xəstəliklər) ilə mübarizədə istifadə olunacaq.

Burada, xeyli maraqlı bir mətləbə toxunmaq ehtiyacı var - bəs, genlər hansı xarici təsirlərin altında mutasiyaya uğrayırlar? Nədənsə, alimlər əksər hallarda, bu barədə susmağa üstünlük verirlər…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol