Menu

Hakim Həsən Əliyevi tutduran şəxs saxlanılıb - 600 min manat vermişdi

06.09.2017, 11:12

hesenhakimBakıda axtarışda olan şəxs tutulub.APA-nın məlumatına görə, Səbail rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü Ramazan Babaəli Səlimov saxlanılıb.

Qeyd edək ki, R. Səlimov 2005-ci ildə də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

APA-nın əldə etdiyi məlumata görə, R. Səlimov Bakı Ağır Cinayətlər Məhkəməsinin həbsdə olan keçmiş hakimi Həsən Əliyevin işində zərərçəkmiş şəxs qismində tanınıb. İttiham aktına görə, Ramazan Səlimov işə düzəlmək adı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevə 600 min manat verib.

Ramazan SəlimovunMəhkəmənin hökmü ilə Həsən Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol