Menu

Rusiya ilə Yaponiya Hokkaydo-Saxalin körpüsünün planını müzakirə edirlər

06.09.2017, 14:36
Rusiya ilə Yaponiya Hokkaydo-Saxalin körpüsünün planını müzakirə edirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla yaydığı məlumata görə, Rusiya və Yaponiya hökumətləri Hokkaydo ilə Saxalin arasında körpü tikintisinin planını müzakirə edirlər. Bu barədə Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov bəyan edib.

Onun fikrincə, müasir texnologiyalar layihənin xərclərini minimuma endirməyə imkan verir.

Bundan əvvəl, Rusiya Prezidentinin təbiəti mühafizə fəaliyyəti üzrə xüsusi nümayəndəsi Sergey İvanov belə bir fiki söyləmişdi ki, sözügedən körpünün tikilməsi mümkün deyil.

İvanovun fikrincə, ərazidə tunelin tikintisi daha real görsənir. Ancaq bunun üçün əvvəlcə Saxalini Rusiyanın digər hissəsi birləşdirmək lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol