Menu

Allahşükür Paşazadə Moskvaya getdi

07.09.2017, 13:47
Allahşükür Paşazadə Moskvaya getdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya səfərə gedib.

QMİ-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatına görə, səfər çərçivəsində A.Paşazadə ilə bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçiriləcək.

Görüş bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə keçiriləcək.

Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol