Rusiyada Nijnevartosvsk-Adler sərnişin qatarı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 15 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır.Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qatarda 261 nəfər sərnişin olub. Onlardan iki nəfərin ölməsi ilə bağlı informasiya yayılıb.
Hazırda hadisə yerinə xilasedicilər gəlib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər