AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel Türkiyə ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmaq planları barədə düşündüyünü bəyan edib.
Almaniyanın bəzi vətəndaşlarının hələ də Türkiyənin azadlıqdan məhrumetmə müəssisələrində saxlanması, guya, kansleri bərk qəzəbləndirib.
Bu səbəbdən dolayı, Almaniya Türkiyə ilə iqtisadi əməkdaşlığı daha da məhdudlaşdırmağa hazırlaşır ki, həmvətənlərinin azadlığa buraxılmasına nail olunsun. Merkel bu barədə «Passauer Neue Presse» qəzetinə verdiyi müsahibədə bəyan edib.
«Türkiyə ilə iqtisadi əməkdaşlığı daha da azaltmaq və layihələrə yenidən baxmaq lazım gələcək» - deyə, kansler bildirib.
Qeyd edək ki, Türkiyədə azadlıqlan məhrumetmə yerlərində Almaniyanın cəmi 50 vətəndaşı cəzasını çəkir. Onların əksəriyyəti Türkiyəyə qarşı terrorçuluqda, casusluqda, terrora dəstək verməkdə və terroru təbliğ etməkdə ittiham olunub. Bu baxımdan, belə çıxır ki, əslində, Merkel və Almaniya hökuməti dolayısı ilə Türkiyəyə qarşı terroru ciddi-cəhdlə dəstəkləyir.
Həqiqətin bir üzü var - o da belə...

Şərhlər