Menu

"Mən hələ qərar verməmişəm" - Mehman Əliyev

18.09.2017, 16:39
"Mən hələ qərar verməmişəm" - Mehman Əliyev

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. Bu isə o deməkdir ki, agentliyin işini bərpa etməsi üçün maneə qalmayıb.

Ancaq "Turan" İA-nın direktoru Mehman Əliyev virtualaz.org-a bildirib ki, o hələ agentliyin işinin bərpası ilə bağlı qərar qəbul etməyib.

"Mən hələlik dincəlirəm, qərar qəbul edən kimi kollektivi toplayıb, qərarımı elan edəcəyəm. Hələ ki mən heç bir qərar qəbul etməmişəm”, - deyə M.Əliyev vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol