Menu

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı

20.09.2017, 11:43

seyx allahsukur qmi pasazadeBakı Apellyasiya Məhkəməsində sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol