"Türkiyə Cümhurbaşqanı cənab Ərdoğanın BMT Baş Assambleyasının sessiyasında Azərbaycanın ərazi bütövlüyü məsələsini qaldıran yeganə lider olması hansı ölkənin bizə bizim gerçək dost olduğunun bariz nümunəsidir”.
Bunları Ədalət Partiyasının sədr müavini Ayaz Əfəndiyev Ərdoğanın BMT-dəki çıxışını dəyərləndirərkən deyib.
Partiya funksioneri diqqəti ona yönəldib ki, Azərbaycanın təbii sərvətlərindən bəhrələnən ölkələrin rəhbərləri bu məsələdə səssiz qalıblar.
“Digər ölkələr - ABŞ, İngiltərə, İsrail, Fransa və başqaları, bizim sərvətlərimizdən gen-bol bəhrələnmələrinə rəğmən, səslərini belə çıxarmadılar. Xatırlatmaq istərdim ki, BMT-də Azərbaycanın ərazi bütövlüyü məsələsi səsverməyə qoyularkən ABŞ, İngiltərə, Fransa bitərəf qalıblar - yani ərazi bütövlüyümüzü tanımayıblar. Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Qərb, nədənsə Azərbaycanın haqlı mövgeyini dəstəkləmir".
"Bu hal onların beynəlxalq hüquqa yox, anti-İslam, anti-türk mövqeyinə dayanmalarının göstəricisidir" – A.Əfəndiyev bildirib.


Şərhlər