Menu

Bələdiyyə sədri həbsdə öldü - Rüşvət üstündə tutulmuşdu

22.09.2017, 17:52
Bələdiyyə sədri həbsdə öldü - Rüşvət üstündə tutulmuşdu

Həbsdə olan bələdiyyə sədri vəfat edib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol