Menu

Orta məktəbə generalın adı verildi

27.09.2017, 10:14
Orta məktəbə generalın adı verildi

Bakı şəhəri 8 nömrəli tam orta məktəbə kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Abbasəli oğlu Kərimovun adı verilib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq bu addımı atıb.

Bakı Şəhər İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol