Menu

"Bank sahəsi ilə bağlı şikayətlər artıb" - Baş prokurorun müavini

09.10.2017, 12:28
"Bank sahəsi ilə bağlı şikayətlər artıb" - Baş prokurorun müavini

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

"Report"un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.

K.Əliyev qeyd edib ki, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Hazırda idarədə mənzil-tikinti sahəsi və bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol