Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Gəncə şəhərində bıçaqlanmış müəllimin bu ali təhsil ocağında işləməsi barədə yayılan məlumatlara münasibət bildirib.
ADAU-dan "Report"un Qərb bürosuna bildirilib ki, bu universitetdə Sənan Tahirov ad-soyadlı müəllim çalışmır və universitetin ərazisində hər hansı bir bıçaqlanma hadisəsi olmayıb.
Qeyd edək ki, bıçaqlanan şəxsin şəhərdə fəaliyyət göstərən kurslardan birinin müəllimi olduğu bildirilir.
* * *
Gəncə şəhərində müəllim bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimi olduğu bildirilən Sənan adlı şəxs kabinetində bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər