Menu

Ələt-Astara yolunda TIR aşdı - 7 ədəd BMW zay oldu

14.10.2017, 00:19
Ələt-Astara yolunda TIR aşdı - 7 ədəd BMW zay oldu

Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində - Salyan rayonunun Xıdırlı kəndi ərazisində Gürcüstan vətəndaşının idarə etdiyi, Dubaydan avtomobil daşıyan TIR yoldan çıxaraq aşıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş 7 ədəd BMW markalı minik avtomaşınlarına ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol