Menu

"Qarabağ" futbol tariximizdə növbəti ilkə imza atdı - Möhtəşəm oyun

18.10.2017, 22:31
"Qarabağ" futbol tariximizdə növbəti ilkə imza atdı  - Möhtəşəm oyun

Çempionlar Liqasında III turun oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, "Qarabağ" növbəti oyununu doğma meydanda "Atletiko"ya qarşı keçirib.

İlk iki oyunda "Çelsi" və "Roma"ya uduzan "Qarabağ" bu dəfə meydandan xalla ayrılıb. Dino Ndlovu 75-ci dəqiqədə meydandan qovulduğundan son 15 dəqiqəni azlıqda keçirən "Qarabağ" Çempionlar Liqasında 3 dəfə final oynayan rəqibi ilə "sülh" bağlayıb - 0:0.  Bu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk xalı olub.

Matçın fransalı baş hakimi "Qarabağ"ın penaltisini verməyib, komandamızın əleyhinə bəzi qərarları ilə diqqəti çəkib. Hətta  "Qarabağ"ın heyətində Dino Ndlovuya matçın 75-ci dəqiqəsində qırmızı vərəqə göstərərək komandamızı azlıqda qoyub.

"Qarabağ" və “Atletiko” komandalarının start heyətləri

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Nyiqes, 10.Yannik Karrasko, 14. Qabi, 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24.Xose Mariya Ximenes

Ehtiyat oyunçular: 1. Migel Anhel Moyya, 5. Tomas Partey, 9. Fernando Torres, 11. Anhel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Ernandes

Baş məşqçi: Dieqo Simeone

Çempionlar Liqası

Qrup mərhələsi

C qrupu, III tur

18 oktyabr

Qarabağ (Azərbaycan) - Atletiko (İspaniya) 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75.

Sarı vərəqələr: Miçel, 53. Dino Ndlovu, 59.

Hakimlər: Ruddi Buke, Giyom Debar, Frederik Kano, Bertrand Juann (Fransa).

Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie (Fransa).

 

1 Çelsi 2 2 0 0 8-1 6
2 Roma 2 1 1 0 2-1 4
3 Atletiko 3 0 2 1 1-2 2
4 Qarabağ 3 0 1 2 1-8 1

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol