Menu

FHN-in mətbuat katibi vəzifədən getdi

22.10.2017, 15:23
FHN-in mətbuat katibi vəzifədən getdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.

Bu barədə Modern.az-a Oqtay Bayramov özü məlumat verib.

O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib: "Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin".

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol