Menu

Ali Məhkəmə iddiada 10 min manatdan az məbləğ göstərilən işlərə baxmayacaq

27.10.2017, 16:58

trend_ali_mehkeme_mainİki min manata qədər olan mülki, on min manata qədər olan iqtisadi işlərə Ali Məhkəmədə baxılmayacaq.

“Report” xəbər verir ki, bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında”qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilir.

Belə ki, bu işlər apellyasiya məhkəməsində yekunlaşacaq.

Dəyişiklik həm də nümayəndələrin Ali Məhkəməyə çıxışını məhdudlaşdırır.

Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Əgər dəyişiklik layihəsi səsvermədən keçərsə, dekabr 1-də qüvvəyə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol