İraq ordusu son 20 gün ərzində İŞİD terrorçularına qarşı daha mütəşəkkil şəkildə əməliyyatlara başlayıb.
Axar.az xəbər verir ki, İraq ordusu həm İŞİD yaraqlıları, həm də keçmiş BƏƏS partiyasının üzvləri ilə vuruşduğunu elan edib.
İraq ordusundan verilən xəbərə görə, partiyanın keçmiş üzvləri İŞİD-ə üz tutaraq İraq ordusuna qarşı vahid cəbhədə birləşir.
Qeyd edək ki, buna baxmayaraq, son günlərin əməliyyatlarının nəticəsi olaraq İraqın Dikar əyalətində İŞİD-ə qoşulan BƏƏS partiyasının üzvləri zərərsizləşdirilib.


Şərhlər