Menu

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

01.11.2017, 18:25

yap_logo_260615Hakim Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının IX konfransı keçirilib.

“Report”un xəbərinə görə, konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Siyasi Şurasının üzvü, partiyanın Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev və YAP rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

O bildirib ki, hazırda rayonda 52 ərazi ilk partiya təşkilatı, 2035 nəfər üzvü var.

Konfransda təşkilati məsələyə baxılıb. 30 nəfərdən ibarət Şura, 18 nəfərdən ibərət İdarə Heyəti və Nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşib. Nizami Mövsümov YAP Zəngilan rayon təşkilatının sədri seçilib. Əsəd Hüseynov və Həsən Ələkbərov sədrin müavinləri seçiliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol