Menu

Rusiya yeni strateji atom sualtı gəmisi yaradır - Generallar detalları açıqladı

08.11.2017, 00:10

valeri qerasimovRusiyada yeni strateji atom sualtı gəmisinin yaradılmasına başlanılıb.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

"Göstəriciləri yaxşılaşdırılmış "Borey-B" atom sualtı kreyserinin yaradılmasına başlanıb. "Borey" tipli sualtı gəmilər artıq strateji nüvə qüvvələrinin tərkibinə daxil olmağa başlayıb. Bu, müasir strateji sualtı qayıqların payını 82 faizə qaldırmağa icazə verir. Bu submarinlər üçün beş il ərzində 102 ballistik raket əldə olunub", – deyə V. Gerasimov qeyd edib.

Baş Qəraragah rəisi strateji tapşrıqları yerinə yetirən raketli sualtı qayıq qruplaşmalarının döyüş imkanının 25 faiz artdığını söyləyib: "Bundan başqa, dəniz strateji nüvə qüvvələrinin gizliliyi və döyüş davamlılığı da artıb".

Gerasimov "Borey-A" tipli beş nüvə sualtı qayığının hazırda inşa mərhələsində olduğunu da xatırladıb/APA.

Şərhlər

Renat 2017-11-08 00:10:23

Ay valeri ne demek isteyirsen xezer denizi terefden azerbaycanl işxalml etmek isteyirsiz o da olar ona göreki rehmetlik heyder eliyev sag deyilki sizin qulagnlzl burub dünyada emin amanlık yaratmlşdl

t.ədalət 2017-11-08 00:10:23

Güman ki,bu qayıqlar Xəzər dənizində yaradılan hərbi baza üçün nəzərdə tutulub.Rusiya,artıq böyük dövlətlərlə mübarizə aparmaq qabiliyyətini itirmək üzrədir.Görünür,təsir dairəsini xəzərətrafı dövlətlərdə saxlamaq qənaətinə gəlib..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol