«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Livanın «Hizbullah» şiə hərəkatının lideri Həsən Nəsrulla hesab edir ki, ölkənin Baş naziri Səəd Həririnin istefası qeyri-qanunidir.
Xəbəri «Əl Cəzirə» telekanalı yayıb.
«Biz bəyan edirik ki, Livanın Baş nazir istefaya getməyib. Təşkilatımız Səəd Həririnin istefasını qeyri-qanuni və qüvvəsiz kimi dəyərləndirir» - deyə, Nəsrulla qeyd edib.
Noyabrın 4-də Səudiyyə Ərəbistanından göndərilmiş telemüraciətdə Həriri istefaya getdiyini və Livanın, «Hizbullah» şiə hərəkatının girovuna çevrildiyini bəyan edib. İstefaya gedən hökumət başçısı onu da əlavə edib ki, həyatına qəsd ediləcəyindən ehtiyatlanır.
Bu müraciətindən sonra, Həriri Livana qayıtmayıb.
Livanın Prezidenti Mişel Aun isə bəyan edib ki, Baş nazirin istefası məsələsinə onunla şəxsən görüşmədən baxmayacaq.


Şərhlər
Mence hizbullunu reklam etmek duz iw deyil