Menu

Azərbaycanda qiymətlər illik müqayisədə 14% artıb - RƏSMİ

13.11.2017, 13:32

610x380xmarket.JPG.pagespeed.ic_.kDw41nmckN-300x187Bu yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6%, qeyri-ərzaq mallarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlər 1,1%, o cümlədən ərzaq məhsulları 2,3%, qeyri-ərzaq malları 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2% bahalaşıb.

Ay ərzində toyuq və sümüksüz mal ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, bananın, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, bibərin, badımcanın, lobyanın, kökün, sarımsağın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, sümüklü mal ətinin, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, minik avtomobillərinin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində artım, paltaryuyan maşınların və fotoaparatların qiymətlərində isə azalma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryol və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətində, paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətində, mənzillərin icarə haqqında, stomatoloji xidmətlərdə, bərbərxana və kosmetik xidmətlərdə isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Şərhlər

ali 2017-11-13 13:32:11

Yalançinin dədəsi ciyisi ölsün.Mən yoxlamişam əksinə ölkəmizdə qiymətlər 14 faiz aşagi düşüb.Bu Statkomda işləyənlər görünür E.Mahmudovun Ziya Məmmədovun tutulan Curbanovdu nədi onun qohumlaridi təxribata əl atmaq istəyirlər.Amma keçməz.Biz bir millət olaraq və Cəbiş müəllimin (ALLAH rəhmət eləsin yəqin indiyə qalmaz da)övladlari olaraq jimix yesək də deyəciyik çornı ikra yeyiruk və ömründə bunu boynumuza ala bilmərik.Cünki biz agzimizı acmamişan akasiya agacindan düzəlmiş.. nəysə.(Niyə tər məni basdi)

Baş nazir A.Rasisizadə cənablarına 2017-11-13 13:32:11

Bu hələ tam qiymət artımı deyil. Hətta 14 faiz artım qarşısında əhalinin maaşı,müavinəti,pensiyası nə qədər artıb?Pensiyaar cəmi 65 qıpik artıb.
Bu nə dərəcədə humanist əməl sayılır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol