Menu

 “Suriya razılaşması maraqlarımıza cavab vermir” - İsrail

13.11.2017, 20:24
 “Suriya razılaşması maraqlarımıza cavab vermir” - İsrail

İranın Suriyanın cənub-qərb sərhədlərindən çıxarılması barədə beynəlxalq razılaşma deklarativ xarakter daşıyır və İsrailin maraqlarına tam cavab vermir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail parlamentinin deputatı Kseniya Svetlova söyləyib.

“Rusiya, ABŞ və İordaniya arasında Suriya ilə bağlı imzalanan razılaşmanın şərtləri getdikcə aydın olmağa başlayır. Bu razılaşma bizim maraqlarımıza uyğun deyil. İran və ona bağlı qrupların İsrail sərhədindən uzaqda yerləşdirilməsi ilə bağlı göstərilən məsafə çox azdır. İran Suriyada strateji maraqlara sahibdir. O bu məqsədlərinə çatmaq üçün planlı şəkildə çalışır. Onların maraqlarından biri İsrailin şimal sərhədlərində təhdid yaratmaqdır. İsrail yaranacaq təhlükəyə qarşı səssiz qala bilməz”, – deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol