Menu

Moskvada Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir

16.11.2017, 13:12
Moskvada Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir

Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunur.

Qeyd edək ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol