«AzPolitika.info»-nun xarixi KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını kosmosda da partlada bilər və bununla, Amerika Birləşmiş Ştatlarını (ABŞ) nəinki peyk qrupsuz, həm də onu «daş dövrü»nə qaytara bilər.
KXDR-nın ballistik raketlər və hidrogen bombasının uğurlu sınaqları ondan xəbər verir ki, çox ciddi ehtiyacın yaranacağı təqdirdə, Kim Çen İn orbitdə hirogen bombası partlatmaq əmri verə bilər.
Bu barədə «Contra Magazin» nəşri yazıb.
ABŞ da məhz bundan ehtiyatlanır, çünki miqyaslı elektromaqnit impulsu nəinki kosmik aparatların böyük bir hissəsini sıradan çıxara, hətta ABŞ ərazisinin 90,0 faizini «daş dövrü»nə qərq edə bilər - ölkə elektrik enerjisiz və həyati əhəmiyyətli sistemlərsiz qalar.
Nəşrin məlumatına görə, bununla yanaşı, artıq dəyəcək ziyanın həcmi və qurbanların təqribi sayı da hesablanıb: ABŞ üzərində, kosmosda baş verə biləcək partlayış birlikdə, Çernobıl və Fukusimadan 10 dəfələrlə güclü effekt verə bilər.
Tamamilə elektromaqnit şüalanmasına məruz qalacaq ABŞ ərazisindən başqa, qonşu ölkələr - Kanada və Meksika da ziyan çəkə bilər. Belə senarinin reallaşacağı təqdirdə, Amerikanın enerji təchizatı sistemini, sənayesini və bütövlükdə, ölkəni bərpa etmək mümkün olmayacaq.


Şərhlər