Menu

“2015-2016-cı illərdə Azərbaycanda 43 qadın qətlə yetirilib” - ABŞ səfirinin müavini

24.11.2017, 16:29
“2015-2016-cı illərdə Azərbaycanda 43 qadın qətlə yetirilib” - ABŞ səfirinin müavini

“Azərbaycanda da qadınlara və qızlara qarşı zorakılıq edilir. Azərbaycanda 2015-2016-cı illərdə qadınlara qarşı zorakılıqla bağlı 1688 hal baş verib, nəticədə 43 qadın qətlə yetirilib”.

APA-nın xəbərinə görə, bunu ABŞ səfirinin müavini Uilyam Gill “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.

Zorakılığın qaçılmaz hal olduğunu vurğulayan ABŞ səfirinin müavini qeyd edib ki, dünyada hər 3 qadından biri zorakılıqla üzləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol