Menu

49 yaşlı Göyçay sakini itkin düşüb

26.11.2017, 09:40
49 yaşlı Göyçay sakini itkin düşüb

Göyçay rayon sakini 12 gündür itkn düşüb.

"Report"un xəbərinə görə, rayonun II Ərəb kənd sakini, 1968-ci il təvəllüdlü Elşad Əlisahib oğlu İsmayılov noyabrın 14-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, ayağında qara ayaqqabı olub. E.İsmayılovun boyu 180 sm-dir.

Onu sonuncu dəfə noyabrın 21-də Bakı şəhəri, Suraxanı rayonunda görüblər. E.İsmayılovu görənlərdən xahiş olunur ki, aşağıdakı nömrəli telefonlarla əlaqə saxlasınlar: - 051-351-52-57, 050-300-23-27.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol